InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Aİ-nin Ukraynadakı səfiri Mati Maasikas mediaya təsdiqləyib.
Səfir Kiyevə qayıtması barədə sosial şəbəkədə də yazıb.
“Mən Kiyevə qayıtdığım üçün şadam”, - diplomat Twitter-də yazıb.
Maasikas Kiyevə Ukraynaya Cozef Borrel və Ursula fon der Leyenlə gəlib və onlar Volodimir Zelenski ilə görüş keçiriblər. Eyni zamanda, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel hərbi əməliyyatlar səbəbindən Polşaya köçən Aİ-nin Ukraynadakı səfirliyinin Kiyevdən fəaliyyətini bərpa edəcəyini bildirib.
