07 
Apr
2022
14:07
490

Amiran Qamğrelidze: "Bu il fövqəladə bir şey baş verməsə, pandemiya bitmiş elan ediləcək"

"Koronavirusun kəskin mərhələsi başa çatmaq üzrədir və bu, böyük ehtimalla Ümumdünya Səhiyyə Təşkilatının bu il ərzində pandemiyanın başa çatdığını elan edəcəyi deməkdir".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Qamğrelidzenin sözlərinə görə, bu gün Gürcüstanda son iki ildə ilk dəfə olaraq bir dənə də olsun koronavirusdan ölüm halının qeydə alınmaması vacibdir.

“Bu gün 2020-ci ilin sentyabrından bəri ilk gündür ki, bizdə koronavirusdan ölüm nisbəti sıfırdır. Bu çox vacibdir.  Böyük beynəlxalq qurumların verdiyi bütün proqnozlara əsasən, bu sabitləşmə davam etməlidir. Pandemiya Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən başa çatmış elan edilməyib, lakin strateji sənəddə qeyd edildiyi kimi, onun kəskin mərhələsi başa çatmaq üzrədir. Çox güman ki, bu virusun biologiyasında qeyri-adi bir şey baş verməsə, Ümumdünya Səhiyyə Təşkilatı bu il ərzində pandemiyanın başa çatmasını elan edəcək", - Qamğrelidze Rustavi 2-də bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər