06 
Apr
2022
13:15
5546

Nazir yanacağın qiyməti ilə bağlı açıqlama verdi

"Yanacağın qiymətinin aşağı düşəcəyi gözlənilir".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.

 Davitaşvilinin jurnalistlərə verdiyi məlumata görə, bu fərziyyənin əsasını aşağı qiymətlərlə yeni imzalanmış müqavilələr təşkil edir.

“Bizim gözləntimiz ondan ibarətdir ki, yanacağın qiyməti aşağı düşəcək. Əsası yeni imzalanmış, daha ucuz qiymətə olan və hələ Gürcüstana daxil olmayan, amma axın edəcək müqavilələrdir. Özəl sektorla da dialoq aparırıq ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin. Fyuçers ticarətləri cari ilin neftinə nisbətən aşağı düşüb. İlin ikinci yarısında yüksəlir, ilin sonunda isə qiymətlər daha da aşağı olur. Tendensiya aydındır və pik reallıq keçib”, -  deyə Levan Davitaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər