Səhiyyə naziri: "Dərmanların qiymətlərinin daha ədalətli, şəffaf olmasına nail olmalıyıq"
"Biz dərmanların daha ədalətli, şəffaf qiymətinə doğru getməliyik".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər naziri Zurab Azaraşvili Gürcüstanın Birinci Kanalının “Azad baxış” verilişində bildirib.
“Son iki həftədə Türkiyədən 200 növ, ümumilikdə 600 min qutudan çox dərman preparatı gətirilib. Bu, müxtəlif ölkələrdən kifayət qədər baha qiymətə gələn həmin dərmanların eyni tərkibə məxsus digər alternativləri və ya əvəzediciləridir. Bu, bizim Əczaçılıq Bazarının Şəffaflığı layihəmizin mühüm mərhələlərindən biridir. Bunun ardınca bizim fəaliyyət planında qeyd etdiyimiz müxtəlif tədbirlər həyata keçirilməlidir ki, bu müddəti də aydın şəkildə müəyyən etmişik. Bütün bunlar birlikdə Türkiyədən dərman idxalını, onun keyfiyyətini və qiymətini sabitləşdirəcək, eləcə də başqa ölkələrdən gətirildiyi halda, bu, şərtləri xeyli yaxşılaşdıracaq və biz daha ədalətli, şəffaf qiymətə nail olmalıyıq”, - nazir bəyan edib.
Aparıcının "Türkiyədən dərman idxalının əvəzediciləri Türkiyədən gəlməyən digər dərmanların qiymətində ucuzlaşmağa səbəb oldumu?" sualına Zurab Azaraşvili deyib ki, Türkiyə bazarının açılması bəzi dərmanların qiymətinin ucuzlaşmasına səbəb olacaq.
Onun sözlərinə görə, Türkiyədən paralel dərman idxalının yaradılması bir çox idxalçılara heç bir məhdudiyyət və bürokratiya olmadan, eyni markalı, eyni adda və ya əvəzediciləri olan türk dərmanlarını gətirməyə imkan verib və buna görə də başqa ölkələrdən dərman idxal edənlər dərmanların qiymətinə ucuzlaşdırmağa məcbur olacaq.


