04 
Apr
2022
16:02
424

İqtisadiyyat naziri: "İstehlak məhsullarının heç birində gecikmə olmayacaq, regionda Ukraynaya çoxlu alternativlər var"

"İstehlak məhsullarının heç birində gecikmə olmayacaq, biz başa düşürük ki, Ukrayna təchizatçı ola bilməz, lakin regionda Ukraynaya çoxlu alternativlər var".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstana istənilən məhsulun idxalı problem deyil.

“Müharibənin yaratdığı problemlər, əsasən, tədarük problemlərindən qaynaqlanan qiymət artımıdır və bu, qlobal inflyasiyaya səbəb oldu, yəni pandemiya müharibə ilə birlikdə davam etdi və bu, təəssüf doğurur.

Məhsullara fiziki əlçatımlığa gəlincə, bununla bağlı heç bir problem yoxdur.  Gürcüstanda heç bir məhsul qıtlığı yoxdur və hər hansı məhsulun problem ilə gətiriləcəyi nəzərə alınmır.  Yəni istehlak məhsullarının heç birində heç bir ləngimə olmayacaq. Gürcüstana məhsulun idxalı problem deyil.  Biz başa düşürük ki, Ukrayna bu gün aktiv təchizatçı ola bilməz, lakin regionda Ukraynaya çoxlu alternativlər var”, - Davitaşvili bildirib.

Buğdanın idxalına gəlincə, Davitaşvilinin sözlərinə görə, buğda ilə bağlı heç bir problem yoxdur.

“Gürcüstana buğda və un daxil olur, ona görə də bu mövzuda sakit ola bilərik. Haradan gəlirdisə, yenə ordan gəlir, bu, Rusiyadır, amma Qazaxıstan da buna əlavə edildi.  Coğrafi nöqteyi-nəzərdən başa düşürük ki, regiondakı bu iki bazar qiymət baxımından rəqabət üstünlüyünə malikdir”, – Levan Davitaşvili bildirib.

Bizimlə əlaqə saxlayın