11 
Iyn
2020
19:03
3055

Toy və digər irimiqyaslı tədbirlər keçirilərsə hansı cəzalar tətbiq oluna bilər? - AÇIQLAMA

"Toylar, ildönümlər və digər irimiqyaslı tədbirlər keçirildiyi təqdirdə, fiziki şəxslər 2,000 GEL, hüquqi şəxslər isə GEL 10,000 cərimə ediləcəklər".

InterPress.ge xəbər verir ki, bunu Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili, Hüquq Məsələləri Komitəsində Coronavirus pandemiyası şəraitində tətbiq olunan qaydalar barədə danışarkən deyib.

Oxanaşvilinin sözlərinə görə, bu qaydanın təkrar pozulması halında cinayət məsuliyyəti nəzərdə tutulur.

“Hökumət qaydaları toy, yubiley, təntənəli tədbirlər və kütləvi ictimai toplantı kimi tədbirləri qadağan edir. Bilirsiniz ki, ictimai yerlərdə 10 nəfərə kimi toplaşma icazə verilir, buna görə belə genişmiqyaslı tədbirlər qadağandır və əgər belə bir şey baş verərsə bu ciddi qanun pozuntusuna yol verəcək və fiziki şəxslər 2000 GEL, hüquqi şəxslər isə 10000 GEL cərimə ediləcəklər. Ancaq ümidlərim var ki, cəmiyyətimiz indiyə qədər olduğu kimi məsuliyyət daşıyacaq və bizdə bu cür pozuntular olmayacaq. Əgər belə ciddi pozuntular təkrarlanarsa, cinayət məsuliyyəti nəzərdə tutulur ”, - dedi Oxanaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər