01 
Apr
2022
14:04
828

Gürcüstan 10 istiqamətdə nəqliyyat dəhlizinə çevrilə bilər

“Ümumilikdə 10 istiqamətdən yük cəlb etmək imkanı var”.

 lnterPress.ge xəbər verir ki, bu barədə Nəqliyyat Dəhlizi Araşdırmalar Mərkəzinin direktoru Paata Çaqareişvili bildirib.

 Onun sözlərinə görə, 16-20 milyon ton yükün cəlb olunması ehtimalı var və Gürcüstan ən azı 60%-i qəbul edə bilsə, 10-12 milyon ton yük ölkə ərazisindən tranzit keçəcək.

Xatırlatmaq istərdik ki, Qazaxıstan alternativ ixrac marşrutları hazırlayıb və bu marşrutlara uyğun olaraq yükləri Gürcüstan ərazisindən tranzit edəcək. Eyni zamanda, məlum olduğu kimi, Bakı-Tbilisi-Ceyhan kəməri Qazaxıstan neftinin Rusiya marşrutuna alternativ ola bilər. Qazaxıstan neft istehsalçıları artıq Qazaxıstan neftinin bir hissəsini daşıyan variantlardan biri kimi Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəsini nəzərdən keçirirlər.

“Qonşu ölkələrdə inkişaf edən döyüşlərdən sonra biz araşdırmalar aparırıq, ona əsasən, ümumilikdə 10 istiqamətdə yüklərin cəlb edilməsi imkanı var.

Ümumilikdə 16-20 milyon ton yük cəlb etmək mümkündür və bu yükün ən azı 60 faizini qəbul etsək, belə çıxır ki, biz 10-12 milyon ton yük daşıya biləcəyik. Məsələn, Qazaxıstan Gürcüstana 2 milyon yük daşıyacağını deyib. Bundan başqa, söhbət həm də Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinə yönəltməyi planlaşdırdığı neftdən gedir.

Ümumilikdə bu 12 milyon ton yükü daşımaq üçün təxminən 2-3 il vaxt lazımdır. Yüklərin cəlb edilməsi qısamüddətli deyil, inert bir prosesdir və onun həyata keçirilməsi üçün vaxt lazımdır.

İndi ikinci məsələ ondan ibarətdir ki, biz bu vaxtı boş keçirməməliyik və 10 ildir məntiqi və təşkilati olaraq edə bilmədiklərimiz, yəni nə qədər geridə qalmışıqsa, aradan qaldırılmalıdır. Bu, bizim bu yükü daşımağımız və bu 10 istiqamətdə nəqliyyat dəhlizinə çevrilməyimiz üçün ilkin şərtdir”,- deyə Paata Çaqareişvili bildirib.

(bpn)

Bizimlə əlaqə saxlayın