31 
Mar
2022
12:12
809

InterPress.ge-də aprel ayından jurnalistika kursları başlayır - İştirak etmək istəyənlər qeydiyyat ola bilər

Gürcüstanın “Supta Ambavi” (Təmiz Xəbər) təşkilatının nəzdində fəaliyyət göstərən “InterPress.ge” 2022-ci il 16 aprel tarixindən jurnalistika kurslarına başlayır.

InterPress.ge xəbər verir ki, layihə Azərbaycan Resbublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfində maliyyələşdirilir.

Jurnalistikanın müxtəlif sahələrində fəaliyyət göstərmək, imzasının tanınmasını istəyən hər kəs ödənişsiz təşkil ediləcək təlimlərdə iştirak edə bilər.

Təlimlər fasilə verilməklə ümumilikdə altı ay davam edəcək. Bu müddətdə iştirakçılar jurnalistika barədə ilkin anlayışlar, xəbər tapmaq, yazmaq və onu redaktə etmək kimi ilkin nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər.

Həmçinin, iştirakçılar fotojurnalistika, videoreportajın hazırlanma qaydaları, araşdırma jurnalistikasının əsasları, analitik təhlil, data jurnalistikası, media etikası, sosial media kimi bir çox sahələrdə bilik və təcrübə qazana biləcəklər.

Təlimləri uğurla bitirən bütün iştirakçılara sertifikat təqdim ediləcək.

Təlimlər zamanı tələbələrin hazırladığı tapşırıqlar öz imzaları ilə “InterPress.ge” saytında yayımlanacaq.

Yerlər məhduddur, təlimlərə ümumilikdə 20 iştirakçı qəbul ediləcək.

Təlimlər iki dildə (Azərbaycan və gürcü), həftənin şənbə və bazar günləri olmaqla iki dəfə təşkil olunacaq.

Dərslər InterPress.ge-nin Marneuli ofisində gün ərzində saat 12:00-dən 16:00-dək iki ayrı təlimçi tərəfindən keçiləcək.

Təlimlər uzun illərdir media sahəsində çalışan peşəkar jurnalistlər tərəfindən keçiriləcək.

Təlimdə iştirak üçün minimum yaş həddi 18-dir. Müraciət etmək istəyən şəxslərdən aşağıda göstərilmiş anket formasını (linkə daxil olub) dolduraraq göndərmələri xahiş olunur.

https://forms.gle/1K8m72Nipc54JUvb7

Müraciətlər 15 aprel 2022-ci il tarixinədək davam edəcək. Qardabani və Dmanisi rayonlarından qatılmaq arzusunda olanların yol xərcləri proqram tərəfindən ödəniləcək. Kursu müvəffəqiyyətlə bitirənlərin işlə təmin olunmasına yardım ediləcək.  Kursa qəbulla bağlı nəticə qeydiyyat bitdikdən sonra sizə e-mail vasitəsi ilə və ya telefon nömrənizə zəng edilib bildiriləcək

Bizimlə əlaqə saxlayın