Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 88-ci kilometrliyində yerləşən Qori avtomobil tunelində profilaktik işlər səbəbi ilə martın 30-da saat 00:00-dan 03:00-dək Senaki-Tbilisi istiqamətində, saat 03:00-dan 06:00-dək Tbilisi-Senaki istiqamətində hər növ nəqliyyatın hərəkəti qadağan ediləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Yollar Departamenti məlumat yayıb.
Senaki-Tbilisi avtomobil tunelinin bağlanması zamanı nəqliyyat axını Qori tunelinin giriş yoluna keçəcək.
Yol tunelinin Tbilisi-Senaki istiqamətinin bağlanması zamanı nəqliyyat axını tunelin Senaki-Tbilisi istiqamətinə, Senaki-Tbilisi istiqaməti isə Qori tunelinə giriş yoluna dəyişdiriləcək.
