28 
Mar
2022
15:47
403

Levan Davitaşvili: "Gürcüstanın maliyyə sistemi beynəlxalq standartlara uyğun fəaliyyət göstərir"

Rusiyadan Gürcüstana “qara pul”un mümkün tətbiqi riski tamamilə istisna edilib.

lnterPress.ge xəbər verir ki, bu baraədə baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.

Levan Davitaşvilinin hökumət iclasından sonra qeyd etdiyinə görə, Gürcüstanın bank sistemi məsuliyyətlidir və şəffaflıq baxımından ən qabaqcıl sistemlərdən biridir.

“İnsanın məsələ ilə bağlı bir az anlayışı varsa, yəqin ki, bu barədə çox aydın məlumat əldə edə bilər ki, bu gün Gürcüstanın maliyyə sistemi beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Bu baxımdan Gürcüstan bu cür əməliyyatların və risklərin istisna olunduğu beynəlxalq birliyin layiqli üzvüdür. Gürcüstan qeyri-qanuni gəlirlərin dövriyyəsinə mane olan bütün müqavilələrin bir hissəsidir”,- deyə Davitaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan bu baxımdan etibarlıdır və heç vaxt irad olmayıb.

Bizimlə əlaqə saxlayın