ABŞ Ukraynaya yardım üçün əlavə 100 milyon dollar ayıracaq.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Blinkenin sözlərinə görə, pullar mülki təhlükəsizliyin gücləndirilməsinə, o cümlədən Ukrayna sərhədçiləri və milli polisin zirehli maşın və avadanlıqlarla təmin edilməsinə, mülki əhalinin Putinin vəhşi hücumundan qorunmasına yönəldiləcək.
