Amiran Qamğrelidze: "Hökumət tezliklə yeni vaksinasiya planını təsdiq edəcək"
Hökumət tezliklə yeni vaksinasiya planını təsdiq edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze söyləyib.
Qamğrelidzenin dediyinə görə, yeni vaksinasiya planına bir sıra həvəsləndirici tədbirlər daxildir.
"Yeni vaksinasiya planı var, düşünürəm ki, hökumət bunu tezliklə təsdiqləyəcək. Bir sıra həvəsləndirici tədbirlər var. Pul stimulları davam edir", - Qamğrelidze deyib.
Bundan əlavə, o, istifadə olunmayan dozalardan danışıb və çağırışlara və istəyə baxmayaraq, 400 min doza “Pfizer”in istifadəsiz qalmasından narahat olduğunu qeyd edib.
“Brifinqdə də dediyim kimi, çox narahatam, gəlin, peyvənd olun, 400 minə qədər doza qalıb. Maddi baxımdan zərər görməmişik, ancaq gücləndirici doza ilə peyvənd olunsalar, daha çox adam peyvənd olunsa, daha az insan ölərdi. Martın sonunda yetkin əhalinin peyvənd olunmasını 44%-ə çıxarırıq", - Qamğrelidze bildirib.


