17 
Mar
2022
18:47
1654

Daxili işlər naziri Samirə Bayramovanın işi ilə əlaqədar açıqlama verdi

Bu gün Parlamentdə deputatlar tərəfindən daxili işlər nazirinə ictimai fəal Samirə Bayramovanın işi ilə əlaqədar sual verdilər.

InterPress.ge xəbər verir ki, Parlamentdə “Nazir saatı” çərçivəsində deputatların suallarını cavablandıran daxili işlər naziri Vaxtanq Qomelauri bildirib ki, Marneulidən olan ictimai fəal Samirə Bayramovanın işi izlənilir.

"Faktla bağlı 151-ci maddə ilə cinayət işi başlanıb, biz onu dindirmişik və sona qədər izləyəcəyik", - Vaxtanq Qomeluari bildirib.

Samirə Bayramova etiraz əlaməti olaraq bir neçə gün əvvəl Mühafizəkarlar Hərəkatının Marneulidəki ofisinin təhdid hədəfinə çevrilib. Həm müxalifət, həm də hakim partiyadan olan bir neçə deputat Vaxtanq Qomelauridən fəalın işi ilə bağlı Daxili İşlər Nazirliyinin gördüyü tədbirlərlə əlaqədar sual verib.

Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 151-ci (hədə-qorxu) maddəsi ilə araşdırma başlayıb. Bununla belə, Gənc Hüquqşünaslar Assosiasiyasının bəyanatına görə, Mühafizəkarlar Hərəkatının iyulun 5-6-da zorakılıq törətməyə təşkilatlanması və ictimai təhrik etməsi cəzasız qalıb, istintaqa inamı sarsıdıb və zorakı qrupları həvəsləndirib.

Daxili İşlər Nazirliyində Samirə Bayramovanın da barəsində inzibati xəta işi başlanıb və ona xarici görünüşü təhrif etmə maddəsi ilə protokol tərtib edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər