17 
Mar
2022
13:37
2564

Daxili işlər naziri Rusiya vətəndaşlarının Gürcüstana daxil olmaları ilə bağlı açıqlama verdi

Bu il Rusiya vətəndaşlarının Gürcüstan sərhədini keçməsi 2019-cu ilin analoji dövrü ilə müqayisədə 50% aşağıdır.

lnterPress.ge xəbər verir ki, bu barədə daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.

Qomelaurinin parlamentdə keçirilən “Nazir saatı” formatında Rusiya Federasiyası vətəndaşlarının Gürcüstana girişi məsələsi ilə bağlı bildirdiyinə görə, üçüncü ölkədən Rusiya Federasiyası vətəndaşlarının Gürcüstanın dövlət sərhədini keçməsi faktları artıb.

“Sərhəddən söz düşmüşkən, mən son vaxtlar Rusiya Federasiyası vətəndaşlarının sərhədi keçməsi ilə bağlı yayılan məlumatlara cavab vermək istərdim. Hamıya məlumdur ki, 2020-2021-ci illərdə pandemiya səbəbindən sərhəd böyük ölçüdə bağlanıb. Mən 2019 və 2022-ci illərin oxşar dövrlərini müqayisə edəcəyəm və sizə deyim ki, bu gün bu rəqəm o vaxtdan 50 faiz azdır.

Rusiya Federasiyası vətəndaşlarının Gürcüstanın dövlət sərhədini keçməsi hallarının sayında artım üçüncü ölkələrdən müşahidə edilir ki, bu da müxtəlif dövlətlər tərəfindən Rusiya Federasiyası üçün hava məkanının bağlanmasına səbəb olub.

Rusiya Federasiyasının vətəndaşları, əsasən etnik Şimali qafqazlılar Türkiyə Respublikasından Gürcüstana Sarpi keçid məntəqəsi vasitəsilə daxil olur və "Dariali" sərhəd-keçid məntəqəsindən tranzitlə Rusiyaya qayıdırlar”, - deyə daxili işlər naziri bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər