16 
Mar
2022
18:57
285

Yens Stoltenberq: "Biz Ukraynaya dəstəkdə həmrəyik"

NATO-nun baş katibi Yens Stoltenberq NATO liderləri ilə görüşündə deyib ki, təhlükəsizlik bloku Ukraynaya dəstəkdə yekdil olaraq qalır. 

InterPress.ge xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Stoltenberqin sözlərinə görə, Qərb liderləri Kiyevə böyük hərbi yardım edib və o, bu dəstəyi davam etdirəcəyinə söz verib.

“Dünya bu mənasız müharibəni pisləyir. NATO müttəfiqləri və tərəfdaşları Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edirlər və biz Ukraynaya dəstəyimizdə həmrəyik. Uzun illərdir ki, biz on minlərlə ukraynalı əsgərə təlimlər keçiririk və Ukraynaya özünümüdafiə hüququnu müdafiə etməkdə kömək etmək üçün böyük həcmdə texnika təmin edirik. Rusiya işğalının əvvəlindən müttəfiqlər cəsur Ukrayna xalqına, hökumətinə və silahlı qüvvələrinə hərbi texnika, humanitar və maliyyə yardımı eləcə də milyonlarla qaçqın üçün sığınacaqla dəstəyimizi əhəmiyyətli dərəcədə gücləndirdilər. Bu gün bizim hamımızın Ukraynanı birlikdə dəstəkləməyimiz daha vacibdir", - Stoltenberq bildirib.

Bizimlə əlaqə saxlayın