16 
Mar
2022
13:45
4116

Tbilisidə bu qadağan ediləcək

Meriya Samqori metrosu yaxınlığında, Navtluli bazarının yaxınlığında küçə ticarətini qadağan edir.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin iclasında bildirib.

Kaladzenin qeyd etdiyinə görə, meriyanın qərarına əsasən, bütün metro stansiyalarının yaxınlığında küçə  ticarət qadağan ediləcək.

“Biz Samqori metrosunun ətrafını, xüsusən də Navtluli bazarının ətrafını abadlaşdırmaq istəyirik. Mən bələdiyyə inspeksiyasının rəisi Kaxa Guledaniyə, eləcə də İsani rayonunun qubernatoru Nikoloz Elisaşviliyə göstəriş vermək istəyirəm ki, bu insanları bazar ərazisinə gətirmək üçün ticarətçilərlə, eləcə də bazar rəhbərliyi ilə danışıqlara  başlamalıdırlar.

Həm də insanların hərəkət etməsinə mane olan o beton köşkləri götürülməlidir. Bütün metro əraziləri tənzimlənməlidir. Mən İrakli Bendelianiyə xəbərdarlıq etmək istərdim ki, mövcud məkanı yaxşılaşdırmaq üçün nə etmək lazımdırsa, işə başlasın.  Bu yanaşma və münasibət metronun yaxınlığındakı bütün sahələrə aid olacaq və biz mövcud vəziyyəti mümkün qədər yaxşılaşdıracağıq” – deyə Kaladze bildirib.

Eyni zamanda Kaladze qeyd edib ki, metronun “Varketili” stansiyasının yaxınlığında artıq vəziyyət öz həllini tapıb, onun məlumatına görə, orada artıq küçə ticarəti yoxdur və ictimaiyyətin hərəkətinə mane olan ərazidən köşklər götürülüb.

Bizimlə əlaqə saxlayın