13 
Mar
2022
20:21
1473

Prezident aparatının müşaviri: "Zelenski və Putin arasında görüşün keçiriləcəyi yer müəyyənləşdirilir"

Ukrayna prezidentinin aparatının müşaviri Mixail Podolyak Ukrayna prezidenti Volodimir Zelenski ilə Kreml lideri Vladimir Putin arasında görüşün keçiriləcəyi yer müəyyənləşdirilir. 

InterPress.ge xəbər verir ki, bu barədə Podolyak TV 24 telekanalında bildirib.

Eyni məlumata görə, Ukraynanın mövqeyi nəzərə alınmaqla sazişlər paketi də hazırlanır.

Podolyakın sözlərinə görə, Ukrayna tərəfi Rusiya nümayəndələri ilə daim təmasdadır, təcavüzkar ölkə artıq Volodimir Zelenski ilə Vladimir Putin arasında birbaşa dialoqa hazır olduğunu bəyan edib”.

“İndi biz yer axtarırıq və Ukraynanın mövqeyini nəzərə alan sazişlər paketi üzərində işləyirik və o, artıq hazırlanıb, razılaşdırıldıqdan sonra prezidentlər görüşə və sülh sazişinin yekun müddəalarını işləyə biləcəklər.  Düşünürəm ki, bizə o qədər də vaxt lazım olmayacaq”, - Podolyak deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər