11 
Mar
2022
16:41
322

Gürcüstanda toplanan humanitar yardım Ukraynaya göndərilmək üçün hazırdır

Gürcüstanın hər yerindən ukraynalılara kömək məqsədilə toplanan humanitar yardım Ukraynaya göndərilməyə hazırdır.

lnterPress.ge xəbər verir ki bu barədə hökumət administrasiyası  məlumat yayıb.

Qərar Gürcüstanın baş nazirinə məxsusdur və  təşəbbüs regionda dövlət nümayəndəsinin və hökumətin regionlarla əlaqələr departamentinin iştirakı ilə birgə həyata keçirilib. Ümumilikdə 100 tondan çox yük səfərbər edilib.

Şərqi Gürcüstanın bələdiyyələrində toplanan humanitar yüklər Tbilisidə, Qərbdən gələn yüklər isə Poti terminalında saxlanılıb. Dövlət qurumları ilə birlikdə yüklərin səfərbər edilməsi prosesində özəl və mülki sektor fəal iştirak edib.

Koordinasiya prosesinə Tbilisidəki Regional Əlaqələr Departamentinin rəis müavini Merab Qamğrelidze və Sameqrelo-Zemo Svanetinin Potidəki dövlət nümayəndəsi Qiorqi Ququkia rəhbərlik ediblər.

Humanitar yüklər tez xarab olmayan mallar, ilkin tələbat malları, tibbi ləvazimatlar və dərmanlardan ibarətdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər