10 
Mar
2022
11:29
334

Amiran Qamğrelidze: "Peyvəndlənmə tempinin aşağı düşməsi Milli Plan hədəfini risk altına qoyur"

Azalmış peyvənd tətbiqləri iyul ayına qədər yetkin əhalinin 70%-nin peyvənd edilməsini nəzərdə tutan 2022 Milli Plan hədəfini risk altına qoyur.

lnterPress.ge xəbər verir ki bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Qamğrelidzenin qeyd eydiyinə görə yetkin əhalinin 43,5%-i tam peyvənd olunub.

“Təəssüf ki, gündəlik peyvəndləmə  sayı azalır. Dekabrda 10 519, yanvarda 7311,  fevralda 3365 oldu. Mart ayında, təəssüf ki, gündəlik peyvəndləmənin  orta sayı minə düşdü. Bu, iyul ayına qədər yetkin əhalinin 70%-ni peyvənd etmək hədəfimizi  risk altına qoyur. Bu gün  yetkin əhalinin 43,5%-ni tam, 47,1%. isə bir doza ilə peyvənd olunub. Buster dozası ilə peyvəndləmə 8%-ə yaxınlaşıb ki , bu da yaxşı  göstərici deyil", - deyə Qamğrelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər