AK üç ölkənin Aİ- na üzv olmaq üçün müraciətinə baxacaq
Avropa Komissiyası Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqına üzv olmaq üçün müraciətinə baxacaq.
InterPress.ge xəbər verir ki, Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri bugünkü iclasda ötən həftə daxil olan müraciətləri müzakirə ediblər.
Avropa ölkələrinin 27 Daimi Nümayəndələri Ukrayna, Gürcüstan və Moldovanın təqdim etdiyi hər bir müraciətə münasibət bildirmək üçün Avropa Komissiyasını dəvət etməyə razılaşıblar.
Avropa Şurası Ukrayna, Gürcüstan və Moldovanın Aİ səfirlərinin təşkilatçılığı ilə Avropa İttifaqına üzvlük müraciətinə baxmalıdır. BBC-nin məlumatına görə, bu prosedur sadəcə formal xarakter daşıyır.
Britaniya mətbuatı onu da aydınlaşdırıb ki, proses vaxt apara bilər - ola bilsin ki, komissiyanın rəy hazırlaması 18 ay çəksin. Bundan əlavə, proses uğurlu olarsa, üç ölkənin Aİ- na daxil olması prosesinin illər boyu davam edəcəyi ehtimal edilir.


