İrakli Ğaribaşvili: "Bu bütün regionda və Avropada görünməmiş göstəricidir"
"Regionda böyük çağırışlar var, lakin biz yüksək iqtisadi artımı saxlamaq üçün birlikdə çalışmalıyıq".
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bugünkü hökumət iclasında bildirib.
Onun sözlərinə görə, yanvarda Gürcüstanın 18% iqtisadi artım olub.
“Yanvar ayına çox fəal, güclü başladıq – bizdə 18% iqtisadi artım var ki, bu da bütün regionda və Avropada görünməmiş göstəricidir. Turizm və bütün digər sahələrdə olduğu kimi, ixrac 47% artıb. Bu tempin aşağı düşməməsi vacibdir. Əksinə - biz bunu qoruyub saxlamalı və daha da artırmalıyıq. Biz elan etdiyimiz proqramlara - məşğulluq proqramına, eləcə də iqtisadiyyatı stimullaşdıran layihələrə fəal başlamalıyıq. Biz hamımız bu tempi saxlamağa sadiqik. Regionda böyük çağırışlar var, lakin yüksək iqtisadi artımı saxlamaq üçün biz yenidən təşkilatlanmalıyıq. Buna görə də bizneslə daha çox ünsiyyətə ehtiyac var. Baş nazirin müavini Levan Davitaşvili, eləcə də maliyyə naziri biznes nümayəndələri ilə görüşür və söhbət edir. Bu həftə mən də aktiv iştirak edəcəyəm. Ona görə də biz bu il yüksək iqtisadi artım tempini saxlamalıyıq",- deyə İrakli Ğaribaşvili bildirib.


