04 
Mar
2022
14:06
338

VMH üzvü: ''Gürcüstan dövlətinin Ukrayna ilə bağlı mövqeyini yalnız prezident səsləndirir, digər...''

''Gürcüstan dövlətinin Ukrayna ilə bağlı mövqeyini yalnız prezident səsləndirir, digər hökumət rəsmilərinin açıqlamaları adekvat deyil''.

lnterPress.ge xəbər verir ki, bu barədə  Milli Hərəkat fraksiyasının sədri Xatiya Dekanoidze jurnalistlərə bildirib.

O, bildirib ki, müxalifət sabah prezidentin namizədliyinin irəli sürüləcəyi plenar iclasın keçirilməsi üçün əlindən gələni edəcək.

“Bu yaxınlarda  gördük ki, Gürcüstan dövlətinin Ukraynaya qarşı mövqeyini hansı ki, əhalidə də olmalıdır yalnız Gürcüstan prezidenti səsləndirir. Təəssüf ki, digər dövlət məmurlarının açıqlamaları qeyri-adekvat və çox biabırçıdır. Ona görə də biz onun Gürcüstanın Avropa İttifaqına inteqrasiyasının necə davam etdirilməsi ilə bağlı görüşünü eləcə də davam etdirilməli olan islahatlar və bütün sahələrdə Mişel sənədinin razılaşdırılmasını dəstəkləyirik. Buna görə də biz müxalifət, sabah prezidentin namizədliyinin irəli sürüləcəyi plenar iclasın keçirilməsi üçün prosedur və hüquqi cəhətdən hər şeyi edəcəyik”, - deyə Dekanoidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər