Kvemo Kartli quberniyası Ukraynaya humanitar yardım edəcək
Kvemo Kartlidəki Dövlət Nümayəndəsinin administrasiyası Ukrayna xalqına kömək etmək üçün fəal şəkildə humanitar yardımı səfərbər edir.
InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.
Məriyada verilən məlumata görə, regionun bələdiyyələrinin - Rustavi, Bolnisi, Qardabani, Dmanisi, Tetriçğaro, Marneuli və Çalka bələdiyyələrinin merləri, eləcə də özəl və mülki sektorun birgə səyi ilə əsas ərzaq malları və ərzaq məhsulları alıblar. Proses növbəti bir neçə gün ərzində aktiv şəkildə davam edəcək.
Kvemo Kartlidəki dövlət nümayəndəsi Qiorqi Doxturişvilinin qeyd etdiyinə görə, prosesə regionun bütün bələdiyyələrinin merləri, özəl və mülki sektorlar cəlb olunub.
“Mən bir daha Ukrayna xalqı ilə həmrəy olduğumu bildirirəm və biz onlara kömək etmək üçün davam edən humanitar aksiyaya fəal qoşuluruq. Prosesdə bölgədəki bütün bələdiyyələrin merləri, özəl və mülki sektorlar iştirak edir ki, onlara operativ reaksiyaya görə xüsusi minnətdaram. Bölgə administrasiyasının rəhbərliyi altında humanitar yardımın səfərbərliyi yaxın günlərdə də davam etdiriləcək", - Qiorqi Doxturişvili bildirib.
Humanitar yardımın daşınması Gürcüstan hökumətinin yardımı ilə Kvemo Kartli regionu tərəfindən həyata keçirilir.


