04 
Iyn
2020
14:51
485

Ədliyyə naziri Tea Tsulukiani onun haqda yayılan iddialara cavab verdi

Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani müxalifət mediasında "Gürcü Arzusu" hökumətinin baş nazir postundan istefası daxil olmaqla, başqa bir dəyişikliyə hazırlaşdığı barədə xəbərləri təkzib edib.

InterPress.ge xəbər verir ki, bu barədə bu gün nazir hökumət binasında keçirilən brifinqdə bildirib

Tsulukiani eyni zamanda onun ya Konstitusiya Məhkəməsinə gedəcəyini, ya da parlamentin sədri olacağı iddialarınıda təkzib etdi.

Tsulukiani, həmçinin “saxta xəbərlər yaradan müxalifəti” “ciddi problem” adlandırdı.

“Yalan məlumatlar və ya uydurma xəbərlər, təəssüf ki, son günlər təkcə Gürcüstanda deyil, bütün dünyada köhnə demokratiya ölkələrində problemə çevrildi, nəticədə demokratiyaya təhlükə yarandı. Son günlər yalan məlumatlar eşitdik, guya Tsulukiani Konstitusiya Məhkəməsinə gedəcək - bu saxta xəbərdir. Sonra yalan məlumatlar yayıldı, guya Tsulukiani parlamentin sədri olacaq, bu da saxta xəbərdir.

Dünən Gürcüstanın Baş naziri Giorgi Qaxarianın istefası ilə əlaqədar müxalifət və müxtəlif media qurumları tərəfindən yaradılan saxta bir xəbər gördük. Bu da yalan məlumatlardır. Heç kim heç yerə getmir. Giorgi Qaxaria, komandamızı 31 oktyabrda keçiriləcək seçkilərdə qələbəyə aparacaq Baş nazirdir. Biz hamımızı indi sizin gördüyünüz yerdə qalırıq", - deyə bu barədə Tsulukiani jurnalistlərə müsahibəsində bildirib.

Ən uzun müddət "Gürcü Arzusu" hökumətindəki vəzifəsini qoruyan Ədliyyə Naziri, hakim partiyanın oktyabr ayında qarşıdan gələn parlament seçkilərində qalib gələcəyinə əmin olduğunu və bununda "daha da böyük Avropa inteqrasiyasına" səbəb olacağını bildirib.

Bizimlə əlaqə saxlayın