17 
Fev
2022
11:42
339

Tamar Qabunia: "Gələn həftədən  zirvənin nə qədər ötüb  keçdiyini deyə biləcəyik''

''Gələn həftədən  zirvənin nə qədər ötüb  keçdiyini deyə biləcəyik''.

lnterPress.ge xəbər verir ki,  bu barədə jurnalistlərə səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Qabuniyanın qeyd etdiyinə görə, 2 gündə təxminən 15,000 olan yoluxma göstəricilərinin ümidverici olduğunu söylədi. 

"Bu gün yoluxma  hallarının sayı hələ də 15,000-dən bir qədər çox idi, biz son iki gündürki  bu rəqəmdə qalırıq, bu omikron dalğasının azalmağa başlaması baxımından  bir qədər ümidvericidir. Yoluxma hallarında bir qədər azalma da qeyd olunur. Biz həftənin sonuna kimi bu tendensiyanın hansı istiqamətə yönələcəyini görməliyik. Çərşənbə axşamı epidemiyanın inkişaf istiqamətini müsbət qiymətləndirdik. Gələn həftədən zirvənin artıq nə qədər ötüb keçdiyini deyə biləcəyik. ", - deyə  Qabunia bildirib.

Onun sözlərinə görə, hazırda klinikalarda və xəstəxana sektorunda 6000-ə yaxın koronavirus xəstələri  müalicə olunur, eləcə də ailə həkimləri şəbəkəsi səfərbər edilib.

“Xəstəxana sektoru hələ də səfərbərdir, 6 minə yaxın xəstə var və onların sayı artmır. Bu çox yaxşı haldır. Xəstəxana sektoru bu axını idarə edir. Bu dalğa şəraitində əvvəlkindən xeyli az xəstə xəstəxanaya yerləşdirilir ki, bu da omikronun xüsusiyyətləri ilə bağlıdır. Bu ştam xroniki xəstəliyi olan şəxslər, eləcə də yaşlılar üçün narahatlıq olaraq qalır, buna görə də vaxtında müdaxilə və ailə həkiminin diqqəti onlar üçün vacibdir. Ailə həkimləri şəbəkəsi səfərbər olunub",- deyə  Qabunia bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər