16 
Fev
2022
11:33
424

Gürcüstanın hava bazarına yeni aviaşirkət daxil olur

Mayın 1-dən Gürcüstanın hava bazarında yeni “Condor Airlines” aviaşirkəti fəaliyyətə başlayacaq. Gürcüstanın Hava Limanları İttifaqı Almaniya aviaşirkəti ilə danışıqları uğurla başa vurub.

 InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Hava Limanları İttifaqı bildirir.

Verilən məlumata əsasən, “Condor Airlines” Frankfurt-Tbilisi-Frankfurt marşrutu üzrə həftədə iki dəfə müntəzəm uçuşlar həyata keçirəcək. Biletləri aviaşirkətin saytından əldə etmək olar. https://www.condor.com/eu?fbclid=IwAR1-aqiNJ5xdqhQRznM-gRpriAxjIBhX9LfpIprshX5-cG9uNm2BmpjI3Us

Gürcüstanın Hava Limanları İttifaqının direktoru Tamar Arçuadzenin sözlərinə görə, Kondorun hava bazarına daxil olması transatlantik tranzit uçuşlar üçün xüsusilə vacibdir.


"2022-ci ildə biz aviasiya bazarımızı olduqca müsbət şəkildə başlayırıq. Bazara tamamilə yeni hava yolu şirkəti Alman Condor daxil olur. Onunla demək olar ki, bir illik danışıqlarımızı uğurla başa vurmuşuq. Frankfurt ardıcıl üçüncü şəhər olacaq, bu mərhələdə Tbilisi hava limanından getmək mümkün olacaq. Almaniya bizim üçün strateji əhəmiyyətli istiqamətdir. Buna görə də, biz həmişə mümkün qədər çox aviaşirkəti cəlb etmək və Almaniya Federativ Respublikasına daha çox istiqamətlər əlavə etmək üçün fəal işləyirik. Biz daim beynəlxalq hava limanlarımızda istiqamətləri şaxələndirməyə çalışırıq. Digər partnyorumuz EUROWINGS yayda Tbilisidən Ştutqarta uçuşlara başlayır. Kutaisi Beynəlxalq Hava Limanından bu mərhələdə üç Almaniya şəhərinə getmək olar: Berlin, Memmingen və Dortmund. Bu, daha çox beynəlxalq ziyarətçi və ölkəmizin iqtisadiyyatı üçün daha çox pul xərcləyən turistlər, eləcə də hədəf bazarlarımızda Gürcüstanın məlumatlılığının artırılması deməkdir”, - deyə Tamar Arçuadze bildirib.

"Condor Hava Yolları 1955-ci ildə yaradılıb. Onun əsas bazası Frankfurt hava limanında yerləşir. 2021-ci ilin iyul ayına olan məlumata görə, aviaşirkət 50 Boeing və Airbus təyyarəsinə malikdir. “Condor” Aralıq dənizi ölkələri, Asiya, Afrika, Şimali və Cənubi Amerikaya uçuşlar həyata keçirir”, - deyə məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər