''Bu mərhələdə kovid virusunun yayılmasında azalma var''.
lnterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.
Qabunianın jurnalistlərə dediyinə görə yoluxma hallarının sabitləşməsi ilə martın sonuna qədər vəziyyətin yaxşılaşacağı gözlənilir, lakin onun sözlərinə görə, bu barədə danışmaq hələ tezdir.
“Bu gün 15 mindən bir qədər çox yeni hal qeydə alınıb ki, bu da bir qədər azalma tendensiyasından xəbər verir, lakin həftənin sonuna kimi müşahidə edib, bunun əsasında yekun nəticə çıxarmaq vacibdir. Xəstəxana sektorunda 6000-ə qədər xəstə qalır. Hər şey idarə olunur. İlk dəfə olaraq səhiyyədə ailə həkimləri sistemi işləyir”, - deyə Tamar Qabunia bildirib.
