Gürcüstan və Azərbaycan Respublikasının baş nazirləri arasında telefon danışığı baş tutub
Gürcüstan və Azərbaycan Respublikasının baş nazirləri arasında telefon danışığı olub.
İnterPress.ge xəbər verir ki, bu barədə
Məlumatı hökumət administrasiyası yayıb.
İrakli Ğaribaşvili və Əli Əsədov iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafının müsbət dinamikasını vurğuladılar.
Gürcüstan və Azərbaycanın birgə iştirakı ilə həyata keçirilən regional əhəmiyyətli layihələr qeyd olunub.
Tərəflər qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirməyə və inkişaf etdirməyə hazır olduqlarını bir daha təsdiq etdilər.
Azərbaycan Respublikasının Baş naziri Gürcüstanda baş vermiş zəlzələ ilə əlaqədar Gürcüstan hökumətinin başçısı ilə həmrəy olduğunu bildirib və buna görə İrakli Ğaribaşvili ona təşəkkür edib.


