Gənclər peyvəndləmə prosesinə cəlb olunmaları üçün həvəsləndirmə proqramına daxil ola bilərlərmi?- Səhiyyə nazirinin müavini açıqlayır
Gənclərdə buster dozası üçün maddi stimulların əsaslandırılması bu mərhələdə azdır, çünki bu proqram risk qruplarına yönəldilmişdir.
lnterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Jurnalistlərin yaşı 50-dən aşağı olan əhali arasında buster dozasının təşviq edilməsi üçün maddi həvəsləndirmə planlarının olub-olmadığını soruşduqda, Qabunia bildirib ki, ÜST-nın tövsiyəsinə əsasən, 65 yaşdan yuxarı insanlar peyvəndləmənin prioritet qruplarında qalmalıdılar.
“Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə görə, yüksək risk qrupları, yəni 65 yaşdan yuxarı insanlar peyvəndləmənin prioritet qruplarında qalmalıdır. Beləliklə, maddi həvəsləndirmə proqramları da yüksək risk qruplarına daha çox yönələcək. Buna görə də, bu mərhələdə gənclər arasında buster dozası üçün maddi stimulların əsaslandırılması bu mərhələdə azdır'', - deyə Tamar Qabunia bildirib.


