Mərkəz rəhbəri koronavirusa yoluxa statistikası ilə bağlı açıqlama verdi
Biz pik dövrdəyik və hələ də düşünürük ki, bu zirvənin keçid mərhələsi bu həftə başlamalıdır.
lnterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
Qamğrelidzenin sözlərinə görə, bu gün internet saytında göstərilən koronavirusa yoluxma hallarının sayı reallığı əks etdirmir, çünki portalda aparılan texniki işlərə görə bütün məlumatlar yüklənməyib.
“Bu gün 4000 yoluxma və təəssüf ki, 21 ölüm sayı var. Bu yoluxma rəqəmi real vəziyyəti əks etdirmir, çünki bizdə 40% civarında yüksək müsbət nisbət var. Əslində həftəsonu portal yenilənirdi və müəyyən texniki işlər gedirdi. Buna görə də bütün məlumatları portala yükləmək mümkün olmadı. Biz bugünkü rəqəmlərlə müzakirə edə bilmərik, sabah həm bazar, həm də bazar ertəsi günlərini əhatə edən məlumatlar yenilənəcək”, - deyə Amiran Qamğrelidze bildirib.


