Aİ bəzi diplomatlarına Ukraynanı tərk etməyə icazə verib
Avropa İttifaqı (Aİ) Ukraynadakı diplomatik missiyasının xüsusi mühüm proseslərdə iştirak etməyən əməkdaşlarına ölkəni tərk etməyə icazə verib.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın "Politico" qəzeti Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stanoya istinadən məlumat yayıb.
"Hazırda qeyri-vacib kadrlara ölkəni (Ukrayna) tərk etmək imkanı verilib”, - o deyib. Aİ rəsmisi bildirib ki, qurum səlahiyyətliləri vəzifələrinə uyğun olaraq situasiyanın inkişafı müddətində əməkdaşların qayğısına qalmaqda davam edirlər.
P.Stano əlavə edib ki, Xarici İşlər Xidməti Avropa İttifaqının üzvü olan ölkələrlə sıx əməkdaşlıq edir.
Aİ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikas işçilərə yazdığı daxili məktubda əsas işçilər istisna olmaqla, bütün əcnəbi işçiləri mümkün qədər tez ölkəni tərk etməyə çağırdığını söyləyib.


