Otar Şamuqia: "Çox güclü komanda ilə ölkəmə xidmət etmək mənim üçün böyük şərəf və məsuliyyətdir"
''Çox güclü komanda ilə ölkəmə xidmət etmək, həm ətraf mühitin, həm də kənd təsərrüfatının inkişafına töhfə vermək mənim üçün böyük şərəf və məsuliyyətdir''.
lnterPress.ge xəbər verir ki, bu barədə yeni təyin olunmuş ətraf mühit və kənd təsərrüfatı naziri Otar Şamuqiya məlumat verib.
Şamuqia ona göstərilən etimada görə Baş nazirə təşəkkür edib.
“Belə yüksək etimada görə Baş nazirə təşəkkür etmək istəyirəm. Çox güclü komanda ilə ölkəmə xidmət etmək, həm ətraf mühitin, həm də kənd təsərrüfatının inkişafına töhfə vermək mənim üçün böyük şərəfdir və eyni zamanda məsuliyyətdir.
Bu illər ərzində səmərəli əməkdaşlığa, onun rəhbərliyi ilə Nazirlikdə aparılan islahatlara görə Levan Davitaşviliyə təşəkkür edir, ona yeni, mühüm vəzifəsində uğurlar arzulayıram. Natia Turnavaya da uğurlar arzulayıram”, - deyə Otar Şamuqiya bildirib.
Məlumat üçün bildirək ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu gün ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri vəzifəsinə Otar Şamuqiyanı təyin edib. Şamuqiya bu vəzifədə Levan Davitaşvilini əvəz edəcək.


