09 
Fev
2022
16:07
392

Vaşadze: ''Təəssüflər olsun ki, əvvəlcə Milli Hərəkat, sonra Gürcü Arzusu 19 aprel razılaşmasına xeyli ziyan vurdu"

''Təəssüflər olsun ki, əvvəlcə Milli Hərəkat, sonra Gürcü Arzusu 19 aprel razılaşmasına xeyli ziyan vurdu, amma nail olduğumuz məsələlər var qarşıda bizi konstitusiya dəyişiklikləri gözləyir, biz bunu başa çatdırmalıyıq''.

lnterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə “Ağmaşenebli Stradeqiyası ”  partiyasının rəhbəri Giorgi Vaşadze qeyri-hökumət təşkilatları tərəfindən Çarlz Mişel sənədinin icrasının monitorinqinin qiymətləndirilməsinin təqdimatında deyib.

Vaşadzenin qeyd etdiyinə görə, həll olunmamış məsələlər yenidən gündəmə gələcək, çünki xarici tərəfdaşlar üçün aprelin 19-da imzalanmış saziş hələ də Gürcüstanın Avropaya inteqrasiya yolunda keçməli olduğu bələdçidir.

''19 aprel razılaşması böyük nailiyyət və irəliyə doğru atılan addım idi. Biz, Ağmaşenebli Stradeqiyası, Amerika və Avropa tərəfi ilə əsas aktorlardan və danışıqlar aparanlardan biri idik. Təəssüflər olsun ki, əvvəlcə Milli Hərəkat, sonra isə Gürcü Arzusu bu razılaşmaya xeyli ziyan vurdu, amma əldə etdiyimiz məsələlər var  iki siyasi məhbus azadlığa çıxdı. Seçki islahatı dəyişib - komissiyalarda tamam başqa təmsilçilik var. Ən böyük nailiyyəti şuralarda mütənasibliyin dəyişməsi hesab edirəm ki, bu da bizim müxalifət şuralarının olmasını mümkün etdi. Müxalifət, o cümlədən Ağmaşenebli Stradeqiyası və əsas partiyalardan başqa digər partiyalar ilk dəfədir ki, şəhər şuralarında öz nümayəndələrini təmsil edirlər ki, bu da böyük nailiyyətdir. Qarşıda bizi konstitusiya dəyişiklikləri gözləyir, biz bunu sona qədər aparmalıyıq. Ədliyyə islahatına gəlincə, Gürcü Arzusu təəssüf ki, bununla bağlı heç bir iş görmür, amma düşünürəm ki, bu məsələ mütləq qayıdacaq, çünki bizim avropalı və amerikalı həmkarlarımız üçün 19 aprel sazişi hələ də Gürcüstan üçün Avropaya gedən yolda bələdçidir'', - deyə Giorgi Vaşadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər