07 
Fev
2022
12:13
327

Həvəsləndirici pul kampaniyasi başladıqdan bir ay ərzində neçə vətəndaşın peyvənd olunduğu açıqlandı

Həvəsləndirici pul kampaniyasından sonra bir ay ərzində buster doza  ilə 50-60 yaş arası 17 850 vətəndaş peyvənd olunub.

lnterPress.ge xəbər verir ki bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamğrelidze bildirib.

60 yaş vətəndaşların buster peyvəndi  edilməsinə gəlincə, Qamğrelidzenin sözlərinə görə, həvəsləndirmələr başladıqdan sonra bu yaş kateqoriyasında 134 153 nəfər  əlavə doza ilə peyvənd olunub.

“Biz həvəsləndirməyə yanvar ayında başladıq. Yanvarın 1-dən fevralın 4-dək bizdə gündəlik orta hesabla 510 nəfər 50-60 yaşlı vətəndaş peyvənd olunub. Noyabr ayında 60 yaşdan yuxarı insanları həvəsləndirməyə başladıq və fevrala qədər 134 153 vətəndaş peyvənd olundu ",- deyə  Amiran Qamğrelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər