Kelli Deqnan: "İvanişvili ilə artıq əlaqəmiz yoxdur"
“Cənab İvanişvili çox nüfuzlu gürcüdür – o, siyasəti tərk etmək qərarına gəlib və nəticədə bizim artıq onunla əlaqəmiz yoxdur”.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan qeyd edib.
Deqnanın qeyd etdiyinə görə, bir çox gürcü “Gürcü Arzusu”nun keçmiş sədrinə hörmət edirlər.
“Bütün ölkələrdə biz əsasən seçilmiş liderlərlə əməkdaşlıq edirik, eyni zamanda cəmiyyətin bütün spektrində - biznes, mədəniyyət, media və ya digər insanlarda olan bütün nüfuzlu gürcülərlə danışırıq və görüşürük.
Cənab İvanişvili, təbii ki, çox nüfuzlu gürcüdür, biznesə, təhsilə öz töhfəsini verib, xeyriyyəçidir və bu gün ölkəni idarə edən partiyanı yaradıb.
Bir çox gürcülər onun töhfəsinə hörmətlə yanaşırlar. O, siyasəti tərk etmək qərarına gəldi və nəticədə siyasətdən getməklə bağlı şəxsi qərarına görə bizim artıq onunla əlaqəmiz yoxdur”.- Kelli Deqnan.


