03 
Fev
2022
21:16
477

Gürcüstan bayrağı Radada açıldı

Kiyevdə rəsmi səfərdə olan “Lelo” nümayəndə heyətinin üzvləri bu gün Radada görüşlər keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə
“Lelo”nun mətbuat xidməti məlumat yayıb.

 Məlumata görə, protokolun rəsmi hissəsi başlamazdan əvvəl “Lelo”nun rəhbərləri simvolik olaraq ali qanunverici orqanda Gürcüstan bayrağını açıblar.

“Lelo” nümayəndə heyətinin üzvlərinin sözlərinə görə, onlar ədaləti bərpa ediblər. 

“Lelo”nun lideri Qriqol Qeqeliyanın bildirdiyinə görə, indi Kiyevdə gürcülərin səsi aydın eşidilir.

“Biz bütün gürcülər adından hökumətin biabırçı davranışını düzəltdik.

Radada Gürcüstan bayrağını qaldırdıq. Mən çox şadam ki, Gürcüstan siyasətində keçirdiyimiz biabırçı və faciəli proseslərdən sonra Gürcüstan bayrağı ilk dəfə bu gün olduğu yerdə- Radada qaldırıldı.

Təəssüf ki, gördük ki, bir neçə gün əvvəl Rada deputatları müxtəlif dəstək verən ölkələrin bayraqlarını açanda bizim ölkəmizin rəmzi yox idi. Biz Gürcüstan bayrağını olduğu yerdə və olması lazım olan yerdə dostlarımızın yanında açdıq. Gürcülərin səsi indi Kiyevdə aydın eşidilir”, - Qriqol Qeqeliya bildirib.

“Lelo” nümayəndə heyəti ötən gecə Ukraynaya səfər edib. Səfər çərçivəsində Mamuka Xazaradze, Salome Samadaşvili və Qriqol Qeqeliya Ukrayna qanunverici orqanında rəsmi görüşlər keçiriblər.

Səfər çərçivəsində “Lelo”nun rəhbərləri nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri və gürcü diasporunun üzvləri ilə də görüşəcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər