03 
Fev
2022
15:14
305

Tamar Qabunia: ''Koronavirusa yoluxanların sayının artması səbəbindən ailə həkiminizlə əlaqə saxlamaq çətin ola bilər''

''Koronavirusa yoluxanların sayının artması səbəbindən ailə həkiminizlə əlaqə saxlamaq çətin ola bilər''.

lnterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib.

Onun jurnalistlərə verdiyi məlumata görə, hər hansı xroniki xəstəliyi olanlara, qocalara və azyaşlı uşaqlara üstünlük verilir.

“İlk növbədə hər hansı xroniki xəstəliyi olanlara, qocalara, eləcə də azyaşlı uşaqlara üstünlük verilir. Gözləmə müddəti maksimum 48 saata qədər uzadıla bilər. Həkimlər benefisiarlarla mümkün qədər tez əlaqə saxlamağa çalışırlar. Ailə həkimi ilə əlaqə saxlaya bilməyənlər üçün 15-22 xətt var. Belə böyük axın şəraitində belə gecikmələr ola bilər, lakin biz 15-22 mexanizm vasitəsilə bu cür gecikmələri azaltmaq üçün əlimizdən gələni edirik",- deyə Qabunia bildirib.

O, mövcud epidemioloji vəziyyəti qiymətləndirərək, yoluxma hallarının hələ də yüksək olduğunu izah edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər