03 
Fev
2022
11:01
227

Daxili işlər naziri və onun nümayəndə heyəti Ermənistanda səfərdədir

Vaxtanq Qomelauri Ermənistan Respublikasında rəsmi səfərdədir. Gürcüstanın daxili işlər nazirini Ermənistan Respublikasının polis rəisi Vahe Qazaryan qəbul edib.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdən əvvəl Vaxtanq Qomelauri nümayəndə heyətinin üzvləri və Ermənistan polisinin rəisi ilə birlikdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi önünə əklil qoyublar.

Bundan əlavə, rəsmi səfər çərçivəsində nazirin birinci müavini - Şalva Bedoidze, nazir müavinləri - İoseb Çelidze və Giorgi Butxuzi daxili işlər naziri ilə birlikdə Ermənistan Respublikasındadırlar.

''Rəsmi görüşdə tərəflər Gürcüstan və Ermənistanın hüquq-mühafizə orqanları arasında mövcud əməkdaşlığı daha da dərinləşdirməyə və inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Vaxtanq Qomelauri və Vahe Qazaryan sektor islahatları, cari layihələr, polis əməkdaşlığı çərçivəsində məlumat və təcrübə mübadiləsinin vacibliyindən danışıblar.
Gürcüstanın daxili işlər naziri Ermənistanın yeni yaradılmış patrul xidmətinə uğurlar arzulayıb.

İclasın sonunda Ermənistan polisinin rəisi  Vahe Qazaryanın əmri ilə Gürcüstanın daxili işlər naziri  Vaxtanq Qomelauri və Gürcüstan nümayəndə heyətinin üzvləri “Əməkdaşlığın gücləndirilməsi” medalı ilə təltif ediliblər'',- deyə məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər