Amiran Qamğrelidze: "Ambulator və laboratoriya sektorlarına təzyiq üzləşdiyimiz problemlərdən biridir"
"Ambulator və laboratoriya sektorlarına təzyiq hazırda üzləşdiyimiz problemlərdən biridir".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
Onun Koordinasiya Şurasının iclasından sonra qeyd etdiyinə görə, koronavirus testi üçün müraciətlər artıb.
"Bu gün çətinliklərdən və təzyiqlərdən biri ambulator və laboratoriya sektorlarıdır. Koronavirus testi üçün edilən müraciətlərin sayı çoxdur. Son 24 saat ərzində 85 mindən çox test keçirilib. Bizdə son 1 ayda həm sürətli, həm də PCR testi orta hesabla 52 min dir. Yanvarda ən yüksək PCR test sayı olub. O ki qaldı nə qədər kommersiya və nə qədər dövlət hesabınadır, ümumi testlərdə kommersiya payı 7-8% və 15% arasında dəyişir. Bu səhər kommersiya payı həm PCR, həm də sürətli testlər üçün təxminən 12% təşkil edir, qalanı dövlət tərəfindən ödəniləcək",- deyə Qamğrelidze bildirib.


