01 
Fev
2022
15:27
290

Tamar Qabunia: "İndiki mərhələdə yaşıl pasport məcburi olmamalıdır"

"İndiki mərhələdə yaşıl pasport məcburi olmamalıdır".

lnterPress.ge xəbər verir ki, bu barədə Qurumlararası Koordinasiya Şurasının iclasından sonra Səhiyyə nazirinin müavini Tamar Qabunia jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, “yaşıl pasport” tələbinin götürülməsi qoyulan qaydaları və ya peyvənd kampaniyasını zəiflətmək demək deyil.


“Yaşıl pasport tələbinin aradan qaldırılması qoyulan qaydaların və ya peyvənd kampaniyasının zəiflədilməsi demək deyil.  Şuranın yaşıl pasportlarla bağlı qərarı indiki mərhələdə yaşıl pasportun məcburi olmamasından ibarətdir. Yaşıl Pasportun texniki bazası Omikronla bağlı amillərə görə zəifləyib. Həmçinin biz bilirik ki, peyvənd qorunma yolu olsada, ancaq infeksiyaya qarşı tam qorunma deyil. Ən güclü amil gündəlik PCR testdir, bu da faktiki olaraq mümkün deyil. Beləliklə, əslində bir insanın epidemioloji cəhətdən təhlükəsiz olduğunu söyləyə bilərik, bu, yeni keçirilmiş bir test, PSR və antigen testidir. Belə ki, bu texniki amilləri nəzərə alaraq, hazırkı şəraitdə Yaşıl Pasport müddətinə dair tələbin götürülməli olduğu düşünülsə də, bu, reqlamentin və ya peyvənd kampaniyasının hər hansı şəkildə zəiflədilməsi anlamına gəlmir. Vaksin əsas qorunma vasitələrindən biri olaraq qalır. Bir çox ölkələr yaşıl pasport tələblərini dəyişdi, buster doza tələbini əlavə etdi və daha çox PCR testə diqqət yetirdi. Bizdə yaşıl pasport olan forma yoluxma riski yüksək olduğu halda tam zəmanət vermir. Ona görə də Yaşıl pasportun epidemioloji mənzərəni dəyişməsi üçün heç bir texniki əsas yoxdur. İkinci məqsəd peyvəndi təşviq etmək idi. Bu təsir bu gün daha az nəzərə çarpır. Mövcud vəziyyətlə əlaqədar olaraq məcburi yaşıl pasport ləğv olundu, lakin peyvənd proqramı fəal şəkildə davam etdiriləcək”, - deye Tamar Qabunia bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər