"Mişa sektoru" Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirdi
Mixail Saakaşvilini dəstəkləyən “Mişa Sektoru” hərəkatı Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
lnterPress.ge xəber verir ki, bu barədə aksiya iştirakçıları bildiriblər.
Onların sözlərinə əsasən, Mixail Saakaşvilinin şəxsi həkimi Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsinə buraxılmır və nəticədə onlar eks-prezidentin səhhətinin vəziyyəti ilə bağlı həkimdən məlumat ala bilmirlər.
Bununla belə, etirazçılar üçüncü prezidentin azadlığa buraxılmasını tələb edirlər.
Etirazçılar Rustavi həbsxanasına gedəcək, orada onlar dəstək aksiyası keçirəcəklər və yaxın günlərdə həyata keçirməyi planlaşdırdıqları fəaliyyət planını elan edəcəklər.
„Bugünkü mitinqin məqsədi ədliyyə naziri Rati Breqadzeyə onun əsas vəzifəsinin insan həyatını qorumaq olduğunu xatırlatmaqdır. Üçüncü prezidentin səhhəti bəlli deyil, artıq bir aydır ki, şəxsi həkimə yanına getməyə icazə verilmir və onun səhhətinin necə olduğunu öyrənə bilmirik. Həmçinin üçüncü prezidentin azad edilməsini də tələb edirik.
Bu mitinqdən sonra Rustavi həbsxanasina keçəcəyik və orada da etiraz aksiyası keçirəcəyik. Üçüncü yerin də adını çəkəcəyik, üçüncü yerə köçdükdən sonra isə Mişa sektoru ictimaiyyətə fəaliyyət planını təqdim edəcək. Bu plan qanuna tam uyğun olacaq, biz də hökuməti konstitusiyaya əməl etməyə çağırırıq”, - deye “Mişa Sektoru" üzvlərindən biri deyib.


