Kelli Deqnan: "Mənim başa düşdüyüm qədərilə prezident Salome Zurabişvili bunu etməyə çalışır"
"Qütbləşməni azaltmaq üçün edilən hər hansı təşəbbüs çox müsbətdir, hansı ki cəmiyyətin sakitləşdirilməsini nəzərdə tutur.Mənim başa düşdüyüm qədərilə, prezident Zurabişvili bunu etməyə çalışır".
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Salome Zurabişvilinin milli razılığın əldə olunması üçün etdiyi təşəbbüsünü qiymətləndirərkən bildirib.
Deqnan bu prosesdə Gürcüstan prezidenti ilə cəmiyyətin müxtəlif təbəqələri arasında əməkdaşlıq olacağına ümid etdiyini bildirib
Gürcüstan əhalisi son illərdə qütbləşmənin ölkəni necə iflic etdiyini gördü. Covid və iqtisadiyyatın bərpası kimi ölkənin üzləşdiyi çətinliklərə baxmayaraq, görüləsi çox şey yoxdur.Ona görə də düşünürəm ki, cəmiyyəti bir araya gətirmək və onu sakitləşdirmək üçün qütbləşməni azaltmağa yönəlmiş istənilən təşəbbüs çox müsbətdir.Mənim başa düşdüyüm qədərilə, prezident Zurabişvilini öz təşəbbüsü ilə məhz bunu etməyə çalışır. Ümid edirəm ki, o, bu ölkənin üzləşdiyi qütbləşməni azaltmaq üçün cəmiyyətin müxtəlif sektorları ilə tam əməkdaşlıq edəcək" - deyə Kelli Deqnan bildirib.


