Gürcüstanda "Yaşıl pasport" ləğv edilə bilərmi? - Mərkəz rəhbəri açıqlama verdi
"Əgər “Yaşıl pasport”ların ləğvi məsələsi yenidən gündəmə gələrsə mən və qurumum buna dəstək verməyəcəyik".
InterPress.ge xəbər verir ki, bu barədəXəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
"Yaşıl kartın ləğvi barədə danışmaq hələ tezdir, çünki bu, termoskrininqlə nizam-intizam yaratmaq vasitəsidir. Xəstəliklərə Nəzarət Mərkəzi və şəxsən mən yaşıl kartların ləğvi ilə bağlı müzakirələri dəstəkləməyəcəyik. Bir məsələ ortaya çıxdı və və sosial şəbəkədə bunun haqqında müzakirələr gedirdi ki, müəssisələrə daxil olarkən termoskrininq ləğv edilsin. Bu mexanizmlərin hər ikisi və xüsusilə də “yaşıl pasport” pandemiya və epidemiya zamanı müəyyən nizam-intizam yaratmaq vasitəsi və davranış göstəricilərindən biridir.
Odur ki, “yaşıl pasportun” ləğvi barədə danışmaq hələ tezdir, çünki “yaşıl pasport” sizdən peyvənd olunmağınızı, həmçinin hər hansı tədbirdə iştirak edərkən və ya qəbul edən quruma daxil olarkən yoluxmamağınızı təmin edəcək və bununla da müəyyən qayda yaradılacaq. Pandemiya və epidemiyanın idarə edilməsində xüsusilə vacibdir
Ona görə də indiki mərhələdə mən ləğvin tərəfdarı deyiləm", - deyə Qamkrelidze bildirib.
Onun sözlərinə görə, başqasının “Yaşıl kart” kartından istifadə etmək yanlış davranışdır.
"Bu haqda mən də eşitmişəm. İcraya nəzarət və monitorinqin zəruri olduğunu vurğulayıram, amma digər tərəfdən əhalinin özünüdərkinə böyük önəm verirəm. Peyvənd iki dəfə lazımdır və indi hamıdan xahiş edirəm ki, "Buster" peyvəndi olunsunlar hansı ki, "Omikronun" yayılmasına ciddi maneədir. Həmçinin qaydalara əməl edin, maskadan istifadə edin və məsafəni saxlayın, böyük məclislərə qatılmayın. Bütün bunları etsək, nisbətən az zərərlə bu vəziyyətdən çıxacağıq”, - deye Qamkrelidze bildirib.


