28 
May
2020
10:41
2658

XİN: Ukrayna səfirinin geri qayıtması çox çəkməyəcək

“Ukrayna ilə strateji tərəfdaşlıq bir daha nəzərdən keçirilməyəcək”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər Naziri David Zalkaliani deyib. O bildirib ki, Ukrayna ilə Gürcüstanın ərazilərin işğalı, Avro-Atlantik inteqrasiya, GUAM-da ümumi mövqe kimi bir sıra bənzər çağırışları var.

XİN başçısı qeyd edib ki, Ukrayna tərəfinin qərarı bir sıra problemlər yaradıb və bu problemlərin anlaşılması üçün səfirlə ciddi müzakirələrin aparılmasına ehtiyac duyulub. D. Zalkaliani qeyd edib ki, səfir Teymuraz Şaraşenidzenin Ukraynaya qayıtması prosesi çox çəkməyəcək.

"Biz Ukrayna hökumətinin müxtəlif nümayəndələrindən, eləcə də Ukrayna parlamentindən dostca olmayan bəyanatlar eşitdik. Strateji tərəfdaşlar bütün vacib məsələlərdə bir-birilərini anlamalıdırlar. Ukraynalı həmkarımla dünən yaxşı ünsiyyətim oldu, məni Müstəqillik Günü münasibəti ilə təbrik etdi. Həmçinin, Ukrayna Baş Nazirinin müavini və sabiq xarici işlər naziri ilə əlaqə saxladım. Düşünürəm ki, bu əlaqələr davam edəcək. Biz səfirin geri dönməsi üçün tarix müəyyən edəcəyik və bu proses çox çəkməyəcək”, - deyə D. Zalkaliani bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin mayın 8-də Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeel Saakaşvilini Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin etməsi Gürcüstan hökumətinin etirazı ilə qarşılanıb. Bununla əlaqədar Gürcüstanın Ukraynadakı səfiri T. Şaraşenidze siyasi məsləhətləşmələr aparılması üçün geri çağırılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər