Bu şəxslərə 100 lari veriləcək
"Vaksinasiya proqramı davam edir, lakin onu yenə aktivləşdirmək lazımdır".
InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə nazirinin birinci müavini Tamar Qabunia İdarələrarası Koordinasiya Şurasının iclasından sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 50 yaşdan yuxarı insanların "gücləndirici" doza ilə peyvənd olunması halında 100 lari ilə həvəsləndirilməsi yaxşı təşəbbüsdür, çünki araşdırmalar göstərib ki, "gücləndirici" doza ilə peyvənd olunduqda qorunma effekti xeyli artır.
“Dünən vurulan peyvəndlərin sayı 8 minə yaxın olub. 50 yaşdan yuxarı şəxslərə "buster" doza ilə peyvənd olunduqda 100 larinin verilməsi çox yaxşı təşəbbüsdür. Təcrübəmizə əsasən, maddi həvəsləndirmələr 65 yaşdan yuxarı şəxslər üçün çox yaxşı nəticə verib və düşünürük ki, bu, vaksinasiya proqramını daha da fəallaşdırmağa kömək edəcək, çünki həqiqətən də effektivdir və omikron fonunda əlavə araşdırmalar və müxtəlif ölkələrdən alınan məlumatlar təsdiqləyir ki, 2-ci doza peyvənd olunmuş şəxsləri xəstəxanaya yerləşdirmə və ağırlaşmalardan qoruyur, çünki buster doza infeksiya baxımından, eləcə də xəstəxanaya yerləşdirmə və virusun yayılmasının qarşısının alınması baxımından qoruyucu təsirini əhəmiyyətli dərəcədə artırır", - deyib Qabunia.


