Səhiyyə nazirinin müavini məktəblərdəki epidemiya vəziyyətini qiymətləndirdi
"Təhsil Nazirliyi məktəblərlə bağlı maksimum hazır olduğunu bildirir və biz də bu hazırlığı təsdiq edirik, çünki onların onlayn rejimə keçmək, eləcə də davamiyyətli tədrisi davam etdirmək mexanizmləri var".
lnterPress.ge xəbər verir ki, səhiyyə nazirinin müavini Tamar Qabunia Koordinasiya Şurasının iclasından sonra mətbuat konfransında məktəblərdəki epidemiya vəziyyətini belə qiymətləndirib.
Qabunianın dediyinə görə, məktəblər vəziyyətə uğurla uyğunlaşdıqları üçün qarışıq şəkildə fəaliyyət göstərməyə davam edəcəklər.
“Təhsil Nazirliyi məktəblərlə bağlı mümkün qədər hazır olduğunu bildirir və biz də təbii ki, bu hazırlığı təsdiq edirik, çünki onlarda onlayn rejimə keçmək, həmçinin davamiyyətli tədrisi davam etdirmək mexanizmləri var. Keçən həftənin təhlili göstərir ki, məktəblər vəziyyətə tez uyğunlaşıb, bir neçə məktəb tam onlayn rejimə keçib, bəziləri isə hibrid modeldə qalır, buna görə də məktəblər qarışıq formatda fəaliyyətini davam etdirəcək”, - deyə o söyləyib.


