21 
Yan
2022
15:02
127

Səhiyyə naziri Türkiyə Respublikasının Gürcüstandakı səfiri ilə görüşdü

Zurab Azaraşvili Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren Yazqan ilə görüşüb.

InterPress.ge xəbər verir ki, işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər naziri Zurab Azaraşvili Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren Yazqan ilə görüşüb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, tərəflər cari əməkdaşlıq məsələlərini və gələcək planları müzakirə ediblər. 

Söhbətdə Türkiyədən Gürcüstana yüksək keyfiyyətli GMP standartlı dərman vasitələrinin idxalı müzakirə olunub ki, bu da dərmanların qiymətini xeyli aşağı salacaq. Görüşdə tərəflər COVID-19-un idarə mexanizmlərini müzakirə ediblər.

Zurab Azaraşvili Türkiyənin Gürcüstandakı səfirinə davam edən və həyata keçirilmiş  səhiyyə layihələrinə fəal dəstəyinə görə təşəkkür edib.

Fatma Ceren Yazqan öz növbəsində gələcək əməkdaşlığa hazır olduğunu bildirib.

 

Bizimlə əlaqə saxlayın