Ədliyyə Nazirliyinin qarşısında Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilir
“Mişa sektoru”nun Ədliyyə Nazirliyinin qarşısında aksiyası davam edir.
InterPress.ge xəbər verir ki, etirazçılar ədliyyə naziri Rati Breqadze ilə görüş tələb edirlər.
Etirazçıların qeyd etdiyinə görə, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşviliyə qarşı qeyri-insani rəftar edilib. Etirazçılar eyni zamanda qeyd ediblər ki, Mixeil Saakaşvilinin səhhətindən xəbərləri yoxdur, çünki şəxsi həkimi və şura üzvlərini ona baş çəkməyə qoymurlar.
Etirazçılar ədliyyə nazirinə iki gün vaxt veriblər. Xüsusilə qeyd ediblər ki, şəxsi həkimi və ailə üzvlərini iki gün ərzində Saakaşvilinin yanına buraxmasalar, daimi aksiyalara başlayacaqlar.
Aksiya iştirakçıları özləri ilə “Mişaya azadlıq” yazılmış pankartı aparıblar. Ədliyyə Nazirliyinin qarşısında polis səfərbər olunub.


