12 
Yan
2022
19:18
377

NATO müttəfiqləri Rusiyaya müraciət etdi

"Rusiyanın Gürcüstanda, Ukraynada və Moldovada hərbi qüvvələri var və bu qüvvələr bu ölkələrin hökumətlərinin razılığı olmadan yerləşib."

InterPress.ge xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq  NATO-Rusiya Şurasının iclasından sonra baş tutan brifinqdə qeyd edib.

Onun sözlərinə görə, NATO müttəfiqləri Rusiyanı Gürcüstan, Ukrayna və Moldovadan qoşunlarını çıxarmağa çağırıb.

“Bugünkü iclasda NATO müttəfiqləri Rusiyanı qüvvələrini geri çəkməyə, Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırıb. Bütün ölkələrin sərhədlərinə hörmət Avropada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün əsas prinsipdir. NATO müttəfiqləri Rusiya ilə dialoqa hazırdırlar, lakin biz əsas prinsiplər üzrə güzəştə getməyəcəyik, heç bir Avropa ölkəsinin suverenliyi və ərazi bütövlüyünə, ölkələrin öz yollarını seçmək hüququna güzəştə getməyəcəyik.", - Stoltenberq bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər