Mixeil Saakaşvili: "Sabah “məhkəmə”yə gedib, öz sözlərimi deyəcəyəm!"
"Çox yaxşı ki, rejim Mamuka Xazaradze, Badri Caparidze və Avto Tseretelini həbs etmək riskinə getmədi - təbii ki, onlar tamamilə "saxta hökm" verdilər".
InterPress.ge xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Caparidze-Xazaradze-Tsereteli işi üzrə məhkəmənin çıxardığı qərarı belə qiymətləndirib.
Mixeil Saakaşvilinin sözlərinə görə, sabah o, öz məhkəməsində iştirak edəcək və öz sözünü deyəcək.
“Bir dəqiqə belə qorxub tərəddüd etmədilər. Mənim işimlə bağlı obyektiv qərar çıxarıldıqdan sonra Dövlət Müfəttişliyi ofisi qanunla ləğv edildikdən sonra dünən şəhər “məhkəməsi” də mənim işimlə bağlı qərarını ləğv etdi. "Tülkü öz quyruğunu şahid elədi" - bu “hökumət” və onun məhkəməsi də məhz belədir.
Sabah “məhkəmə”yə gedib, öz sözlərimi deyəcəyəm.
Ayın 13-də, saat 13:00-da görüşəcəyik”, - deyə Mixeil Saakaşvili bildirib.


